PSJ-nin hücumçusu Neymarın “Əl-Hilal” klubuna keçidi rəsmiləşib.
Braziliyalı futbolçu Səudiyyə Ərəbistanı klubu ilə 2 illik müqavilə imzalayıb. 31 yaşlı hücumçu bu müddət ərzində ilə 150 milyon avro məvacib alacaq. Amma bonuslar və kommersiya müqavilələri nəticəsində 2025-ci ilin yayına qədər Neymarın ümumilikdə məvacibi 400 milyon dollara qədər yüksələ bilər. Xatırladaq ki, cənubi amerikalı futbolçu ötən mövsüm PSJ-nin heyətində keçridiyi 29 oyunda 18 qol və 17 məhsuldar ötürmə ilə fərqlənib.